Nardaran sakininin torpaqda basdırdığı silah-sursat aşkar edilib

12:54 - 17 Dekabr 2016 - Xəbər

Nardaran qəsəbə sakininin torpaqda silah-sursat basdırdığı müəyyən edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib və həmin silah-sursat torpaqdan çıxarılaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti