Səhər saatlarında Biləsuvarda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Amankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.