Elektrik enerjisinin hesablanma mexanizmi- FOTO

18:13 - 16 Dekabr 2016 - Cəmiyyət

Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılmış və diferensial tariflərin tətbiqi 2016-cı ilin 1 dekabr tarixindən qərarlaşdırılıb. Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Ucnoqta.az "Azərişıq" ASC-nin mətbuat xidmətinə istinadən məsələyə aydınlıq gətirmək üçün nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır.


Xəbər xətti