“Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir”. Bunu “Report”a rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda vençur fondların yaradılması ilə bağlı işlər davam etdirilir: “Vençur fondlarının fəaliyyət göstərməsi üçün öncə böyük hüquqi baza olmalıdır. Hazırda bu istqamətdə işlər davam etdirilir. Düşünürəm ki, növbəti ilə müəyyən işləri görmək mümkün olacaq”.