Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 05:10-da Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.