22-24 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Daşınmaz əmlak və İnvestisiya sərgisi keçirilir. Ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan sərgidə “Dreamland” yaşayış kompleksinə məxsus stend ən çox diqqət çəkənlərdən olub. Stendi ilk ziyarət edənlərdən biri “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal olub. “Dreamland” müasir yaşayış kompleksinin kiçik maketinə baxan Şirkətlər Qrupunun rəhbərinə sərgi barədə məlumat verilib. Daha sonra Abdolbari Goozal sərgidə iştirak edən digər şirkətlərin stendləri ilə tanış olub. “Dreamland” müasir yaşayış kompleksinin stendini ziyarət edənlərə çox sərfəli şərtlər və cəzbedici qiymətlərlə ilkin satışların başlanıldığı bildirilib. 330 hektarlıq ərazini əhatə edən Drimlənd yaşayış kompleksi şəhər kənarı sakitçiliyi ilə müasir həyat tərzini özündə cəmləşdirir. Burada 394 müasir bina evi və fərqli zövqlərə uyğun olaraq inşa edilmiş 7 üslubda 234 villa mövcuddur. 11 süni gölün yaradıldığı və hektarlarla yaşıllıq zolaqlarının salındığı bu kompleksdə həm də müasir SABİS Sun beynəlxalq məktəbi və müasir tələblərə cavab verən Qolf sahəsi fəaliyyət göstərir. SABIS Şəbəkəsinə daxil olan 56 məktəb 18 ölkədə fəaliyyət göstərir və 65,000-ə yaxın tələbəyə təhsil verir. Təsdiq olunmuş şəxsi sistemə əsasən SABIS məktəbləri, tələbələri dəyişən dünyada meydana gələn çətinliklərin öhdəsindən gəlməyə hazırlayan yüksək keyfiyyətli təhsil bəxş edir. Qeyd edək ki, Drimlənd yaşayış kompleksi artıq növbəti ilin fevral ayındailk sakinlərini qəbul edəcək .