Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb. Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 1 oktyabr 2016-cı il tarixə əsasən muxtar respublikada əhalinin sayı ötən illə müqayisədə 4876 nəfər və ya 1,1 faiz artaraq 448040 nəfər təşkil edib.