Baş Cinayət Axtarışı İdarəsi və Şəki ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) saytında verilmiş məlumata görə, nəticədə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev, 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulublar.