Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb.Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.