Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Ali Radasının sədri Andrey Parubi ilə görüşüb. “Report” xəbər verir ki, görüş zamanı onlar Türkiyə gəmilərinin qeyri-rəsmi şəkildə Sevastopol limanlarına daxil olması məsələsini müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, hətta Türkiyə gəmiləri Sevastopol limanlarına qeyri-rəsmi daxil olublarsa belə, o, gələcəkdə istənilən formatda bu cür halların təkrarlanmaması üçün göstəriş verəcək.
Parubiyanın sözlərinə görə, Türkiyə prezidenti, həmçinin Krım tatarlarına maddi və mənəvi dəstəyini ifadə edib.