Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.