Nikaraquanın hazırkı prezidenti, Sandinist Milli Azadlıq Cəbhəsini təmsil edən Daniel Orteqa dövlət başçısı seçkilərində inamlı qələbə qazanıb. Səslərin 99,8%-nin hesablanmasından sonra seçicilərin 72,5%-i onu dəstəkləyib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Şurasının məlumatında bildirilir.
Onun ən yaxın izləyicisi Maksimino Rodriqes (Liberal-Konstitusiya Partiyası) səslərin yalnız 15%-ni toplaya bilib.
ABŞ bazar günü keçirilən seçkilərin qanuniliyinə şübhə ilə yanaşdığını ifadə edib. Ölkə müxalifəti seçkiləri məzhəkə adlandırıb və nəticələri tanımadığını bəyan edib.
Orteqa 2007-ci ildən ölkəyə rəhbərlik edir.