Noyabrın 8-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.