Erməni silahlı bölmələri noyabrın 2-nə keçən gecə cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.