Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu vəfat edib.Kapitan rütbəli qadın pilotumuz 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva dünən vəfat edib.Əldə etdiyimiz məlumata görə, o uşaq dünyaya gətirməyə hazırlaşırmış. Səhhətində yaranan problemlərə görə dünyasını dəyişib. Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir.
Allah rəhmət etsin.
***
Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: “Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.
S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub:
“24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.
Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.femida.az