Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.