Olimpiya qalibi olan güləşçilərimizin medalları əllərindən alınacaq?

15:45 - 30 Avqust 2016 - Xəbər

2008-ci ildə London Olimpiya oyunlarının qalibi olmuş Özbəkistan təmsilçisi Artur Taymazovun qazandığı qızıl medal əlindən alınaraq ikinci yerin sahibi Rusiya təmsilçisi Besik Kuduxova veriləcək. İnterAz xəbər verir ki, bu barədə “FloWrestling” məlumat yayıb. Məlumata görə, buna səbəb qadağan olunmuş maddələrdən istifadə edilməsidir. 
Kuduxov London Olimpiya oyunlarında Azərbaycan təmsilçisi Toğrul Əsgərovu məğlub edərək gümüş medal qazanmışdı. Güləşçi Rusiyanın cənubunda baş vermiş avtomobil qəzasında 27 yaşında avtomobil qəzasında dünyasını dəyişib. 
Bundan başqa hələ adı açıqlanmayan, 2008 və 2012 Olimpiya oyunlarında Qazaxıstan, Azərbaycan və Ukraynanı təmsil edən güləşçilərin də qazandıqları medalların əllərindən alınacağı açıqlanıb. 
Qeyd edək ki, 2008 Yay olimpiya oyunlarında Azərbaycana Yunan-Roma güləşi üzrə Rövşən Bayramov və Vitali Rəhimov gümüş, sərbəst güləş üzrə Mariya Stadnik və Xetaq Qazyumov bürünc medal qazandirıb. 2012-ci il London Olimpiya oyunlarında isə Toğrul Əsgərov, Şərif Şərifov qızıl, Rövşən Bayramov, Mariya Stadnik gümüş, Emin Əhmədov, Yuliya Ratkeviç, Xetaq Qazyumov bürünc medal qazanıb.

Xəbər xətti