Tovuzda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ MƏLUMAT

12:18 - 3 Avqust 2016 - Xəbər

Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirliyin saytında verilmiş məlumata görə, avqustun 2-də Tovuz rayonunun Azaflı kəndində yaşayanlar Nizami Musayev, arvadı Zərifə, qızı  Leyla, oğlu Rövşən, qohumları Şəhla Musayeva, qızları Fəridə, Səidə, Ömər Abdullayev, Samirə Həsənova, Aygün Tağıyeva evlərində qidadan (qoyun əti) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qohumlar məclisdə süfrəyə verilmiş kababdan zəhərlənib.
Araşdırmalar aparılır.

Xəbər xətti