Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan şəxslərdən daha biri evə buraxılıb. Müdafiə Sənayesi Nazirliyindən məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır: “Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir”.