Bakıda dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

18:07 - 27 İyul 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un xəbərinə görə, hakim Tamella Nəsurullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə İ.Vəliyevaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Vəliyeva dələduzluqda təqsirli bilinib. O, ötən il Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
İ.Vəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xəbər xətti