Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.