Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1264 vətəndaş qəbul edilib. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, onlardan 39-u bilavasitə Baş İdarə rəisi, 91-i idarə və şöbə rəisləri, 1134-ü isə Baş İdarənin prokurorları tərəfindən qəbul edilib.