Bişkekin cənubunda Heydər Əliyev adına park tikiləcək."Report" "AKİpress"ə istinadən xəbər verir ki, bu məsələ Qırğızıstan paytaxtının şəhər başçısı Albek İbraimovun başçılığı altında Bişkek meriyasının iclasında müzakirə olunub.
İcra hakimiyyətindən verilən məlumata görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq park Bişkekin cənubunda Baytik Baatır küçəsində yerləşəcək. Layihənin eskizini azərbaycanlı memar hazırlayıb.
Baş plan üzrə kompleksin tərkibinə Heydər Əliyevin xatirəsinə ucaldılacaq abidə, Qız Qalasının və Möminə Xatun türbəsinin maketi, uşaqlar üçün oyun meydançaları, amfiteatr, avtodayanacaq, fəvvarəli dekarativ hovuz daxil olacaq. Bu layihə artıq təsdiq edilib.