Tbilisidə ATƏT-in Parlament Assambleyasının prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.“Report" xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.Azərbaycanlı nümayəndənin namizədliyini 119 deputat dəstəkləyib. ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib.
Qeyd edək ki, ATƏT PA-nın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrin, vitse-prezidentləri postuna isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan 4 deputatın namizədliyi irəli sürülmüşdü.
Xatırladaq ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.