Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramını iyulun 5-i və 6-sı tarixlərində qeyd edən ölkələrin bəzilərinin siyahısını açıqlayıb.
"Report"un məlumatına görə, Əfqanıstan, Albaniya, Əlcəzair, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Çeçenistan, Misir, Gürcüstan, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Livan, Qırğızıstan, Mavritaniya, Fələstin, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Sudan, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən bayramı iyulun 6-da qeyd edir.
Anqola, Almaniya, Bosniya-Hersoqovina, Xorvatiya, Hindistan, Kosova, Rusiya, Monteneqro, Serbiya, Türkiyə və Tatarıstan isə Ramazan bayramını iyulun 5-də qeyd edirlər.