“Aztelekom”un sabiq rəhbərinin oğurlanan oğlu 3 milyona azad olundu

17:13 - 4 İyul 2016 - Xəbər

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb. Modern.az-ın məlumatına görə, bu barədə Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib. Məlumata görə, 3-4 aydır girovluqda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblər.
Onun girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır.
Xatırladaq ki,  “Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub.  M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə “Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.

Xəbər xətti