Binəqədi rayonunda azyaşlı evlərinin pəncərəsindən yıxılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyulun 3-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov 5-ci mərtəbədə yerləşən evlərinin pəncərəsindən yıxılıb.N.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.