Ukrayna baş nazir müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Azərbaycana işgüzar səfərə gəlib. "Report" xəbər verir ki, o, Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyasının 11-ci iclasında iştirak edəcək.
Eyni zamanda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.