Bakı şəhər Nizami rayonunun bir hissəsində içməli su problemi olacaq. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir.
Bununla əlaqədar olaraq iyulun 1-də gün ərzində rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Yaranacaq narahatlığa görə “Azərsu” abonentlərdən üzr istəyir.