Bu il həkimə müraciət edən uşaqların sayı açıqlandı

12:11 - 28 İyun 2016 - Cəmiyyət

Təkcə 2015-ci il ərzində Elmi Təhqiqat Pediatriya İnstitutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilib. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə,  ötən il ərzində Konsultativ poliklinika şöbəsində 21761, 2016-cı ilin birinci yarımillində 10530 uşaq müayinədən keçirilib.
2016-cı ildə “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası  çərçivəsində ET Pediatriya İnstitutunun həkimlərindən ibarət 15 qrup bölgələr üzrə 39 rayona ezam olunub.  Dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılıb. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.

Xəbər xətti