Bakıda intihar hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Zümrüd Qasımova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.