Uitkoff və Kuşner Qəzza zolağı ilə bağlı brifinqə başlayıblar

14:31 - 15 Dekabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Qəzza zolağı ilə bağlı AB xarici işlər nazirləri üçün brifinqə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə AB sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoff və Kuşner videokonfrans zamanı AB xarici işlər nazirlərinə Trampın Qəzza zolağı üçün sülh planı barədə məlumat veriblər.

Xəbər xətti