Gürcüstan hakimiyyəti 18 əcnəbini deportasiya edib

11:24 - 9 Sentyabr 2025 - DÜNYA

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 18 əcnəbini deportasiya ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Banqladeş, Belarus, Misir, Hindistan, İran, Çin, Nigeriya, Rusiya, Türkiyə, Pakistan və Özbəkistan vətəndaşları çıxarılıb. Deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.

Xəbər xətti