Tramp Putin və Zelenski arasında görüşün nəticəsiz olacağını ehtimal edir

22:07 - 22 Avqust 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş təkbaşına nəticə verə bilməz.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə deyib.

"Baxın, tanqoya iki nəfər lazımdır. Bilirsiniz, mən onların hər ikisi ilə görüşmək istəyirdim. Mən orada ola bilərdim, lakin bir çox insan düşünür ki, o görüşdən heç nə çıxmayacaq. Onlar deyirlər sən orada olmalısan. Bəlkə bu, doğrudur, bəlkə də bu, doğru deyil", - Ağ Ev rəhbəri qeyd edib. 

Xəbər xətti