Aİ İsraili Qəzza zolağına humanitar yardım çatdıran qeyri-hökumət təşkilatlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında birgə bəyanatda deyilir.
Martın əvvəlində İsrail hakimiyyəti beynəlxalq QHT-ləri Fələstindəki işçiləri haqqında məxfi şəxsi məlumat verməyə məcbur edən yeni tələb irəli sürüb, əks halda QHT-lər qeydiyyatdan keçməyəcək, əməkdaşlarını bölgədən çıxarmağa və humanitar yardımı dayandırmağa məcbur olacaqlar.