Alyaska sammiti ikitərəfli olacaq - Ağ Ev

22:36 - 12 Avqust 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada planlaşdırılan görüş ikitərəfli olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə deyib. Levitt qeyd edib ki, lakin Vaşinqton Kiyev və Avropadakı müttəfiqləri ilə təmaslarını davam etdirir.

“Baxın, danışıqlarda bu müharibənin yalnız bir tərəfi olacaq. Beləliklə, prezident bu müharibəni necə bitirə biləcəyimizi daha aydın və daha yaxşı başa düşmək üçün ora gedəcək" - Levit deyib.

Levitt qeyd edib ki, ABŞ Ukrayna ilə, eləcə də Avropadakı müttəfiqləri ilə əlaqələri davam etdirəcək.

Xəbər xətti