Fransa Xarici İşlər Nazirliyi Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi üçün yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı təkliflər hazırlamağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro France Inter radiosunun efirində bildirib.
Nazir qeyd edib ki, bu, konkret olaraq Fransaya deyil, Aİ səviyyəsində sanksiyalara aiddir, çünki yalnız bütün Birlik ölkələrinin ümumi iqtisadi çəkisi onlara ABŞ-la razılaşdırılaraq Rusiyaya təzyiq göstərməyə cəhd etməyə imkan verir.
O əlavə edib ki, o, Fransanın fəal iştirakı ilə hazırlanan yeni Avropa sanksiyalar paketinin tezliklə qəbul edilməsini gözləyir və Parisin “may ayında qəbul edilmiş 17-ci sanksiyalar paketinə görə məsuliyyət daşıdığını” xatırladıb.