Bu gün ANAMA əməkdaşlarının peşə bayramıdır

10:24 - 18 İyul 2025 - Xəbər

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşlarının peşə bayramı qeyd olunur.

Ucnoqta.az xəbər verir ki, mina təmizləmə fəaliyyəti üzrə ilk dövlət qurumu – Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci il 18 iyul tarixində ümummilli lider Heydər Əliyevin 854 saylı Sərəncamı ilə yaradılıb.

Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli, 1251 saylı Fərmanına əsasən ANAMA-nın bazasında publik hüquqi şəxs statusuna malik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi formalaşdırılıb.

Agentliyin əsas məqsədi – vətəndaşların minalar və partlayıcı qurğularla təmasdan uzaq, təhlükəsiz bir mühitdə yaşamasını təmin etməkdir. Bu məqsədlə ANAMA mina təmizləmə qabiliyyətini və texnoloji potensialını daim inkişaf etdirir.

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Agentlik işğaldan azad edilmiş ərazilərin və digər mina təhlükəli zonaların təmizlənməsi, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi, bu proseslərin təşkili, planlaşdırılması və idarə olunması istiqamətində fəaliyyətini genişləndirib.

Xəbər xətti