İyulun 17-də İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 56 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, anklavın şimal hissəsində 40-dan çox Fələstin vətəndaşı, o cümlədən humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün gözləyən 14 nəfər həlak olub.
Həmçinin bildirilib ki, işğal qüvvələrinin köçkünlər üçün çadırların yerləşdiyi məktəbin ərazisini atəşə tutması nəticəsində zolağın cənub hissəsində 9 dinc sakin həlak olub.
Məlumata görə, İsrailin Fələstin anklavına qarşı apardığı müharibədə 58 667 nəfər həlak olub, 139 974 nəfər isə yaralanıb.