Sağlamlığı yavaş-yavaş öldürən iki məhsul

07:51 - 2 İyul 2025 - Cəmiyyət

Sağlamlığı qorumaq üçün qida rasionundan iki məhsulu çıxarmaq lazımdır. 

Ucnoqta.az xəbər verir ki, kardioloq Aurelio Rojasın sözlərinə görə, bunlar un və şəkərdir.
Sağlamlığı qorumaq və xərçəngə tutulma riskini azaltmaq üçün qida rasionundan iki məhsulu istisna etməlisiniz..

El Español ilə söhbətində həkim şəkər və unun orqanizmə mənfi təsir etdiyini bildirib.
"Çoxsaylı araşdırmalara görə müntəzəm şəkər və təmizlənmiş unun istehlakı xərçəngin artması ilə əlaqələndirilir" – mütəxəssis deyir.

Bundan əlavə, kardioloq xatırladıb ki, bu məhsullar ürək-damar sistemində problemlərə, piylənməyə və diabetə səbəb olur.
Rojas xatırladıb ki, şəkər və un ən çox ultra işlənmiş məhsullarda olur. Onlar istehlak edildikdə, qan şəkərində kəskin bir sıçrayış müşahidə olunur. Rojas, qlükoza səviyyələrində tez-tez sıçrayışlarla metabolik sistem köhnəlir.

Xəbər xətti