Tacikistan dağlarında paraplan qəzaya uğrayıb, ölən var

15:11 - 1 İyul 2025 - DÜNYA

Rusiya vətəndaşı Tacikistanın ucqar dağlıq ərazisində istirahət edərkən qəzaya uğrayan təyyarənin - paraplanın qəzaya uğraması nəticəsində həlak olub.

Ucnoqta.az xəbər verir ki, Respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) TASS-a verdiyi məlumata görə, o, Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasının hərbçisi olub.

Faciə 2025-ci il iyunun 23-də Tacikistanın paytaxtına bitişik, Varzob rayonunun Çorboq kənd icmasının Arakçin kəndində baş verib. Hadisə ilə bağlı çağırış iyunun 26-da Fövqəladə Hallar Komitəsinə daxil olub. Meyit 27 iyun 2025-ci il tarixində saat 03:40-da aşkar edilərək ailəsinə təhvil verilib.

Xəbər xətti