İyulun 1-i saat 09:00-da Beyləqan Rayon İcra Hakimiyyəti, Mərkəzi Qan Bankı və Beyləqan Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan RİH başçısı aparatının əməkdaşları, eləcə də sağlamlıq imkanları olan geniş əhali təbəqəsi iştirak edib.
Aksiya çərçivəsində iştirak edən bütün donorların ilkin sağlamlıq müayinəsi aparılıb, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesinin təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkili təmin olunub.
Təşkil edilən aksiyanın əsas məqsədi qan ehtiyatlarının təmin olunması, humanist dəyərlərin təşviqi və cəmiyyətin sağlamlıq sahəsində birgə məsuliyyət hissinin gücləndirilməsidir. Aksiya zamanı iştirakçıların fəallığı və yüksək vətəndaşlıq mövqeyi xüsusilə qeyd olunmağa layiqdir.