İsrail Qəzzada üç kilometrlik tunelin məhv edildiyini açıqlayıb

14:56 - 1 İyul 2025 - DÜNYA

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadının üzvlərinin istifadə etdiyi infrastrukturu məhv etməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, anklavın cənubundakı Xan Yunis şəhəri ərazisində İsrail paraşütçüləri mühəndis qoşunlarının bölmələri ilə birlikdə təxminən 3 km uzunluğunda olan yeraltı tuneli məhv ediblər.
Hərbçilərin sözlərinə görə, radikallar bu obyektdən terrorçuluq fəaliyyəti həyata keçirmək üçün istifadə ediblər.

Bundan əlavə, Xan Yunis bölgəsində baş verən son toqquşmalar zamanı İsrailin quru qoşunları havadan dəstək alaraq yaxın döyüşlərdə onlarla radikalı məhv edib, yüzlərlə hərbi infrastruktur obyektini, o cümlədən komanda məntəqələri, tunel girişləri və sığınacaqları məhv edib.

Xəbər xətti