Konstitusiya Məhkəməsi baş nazirin səlahiyyətlərini dayandırdı

12:14 - 1 İyul 2025 - DÜNYA

Tailandın Konstitusiya Məhkəməsi baş nazir Fetonqtan Şinavatranın vəzifəsindən uzaqlaşdırılmasını tələb edən deputatların müraciətindən sonra onun vəzifəsini dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nation portalı məlumat yayıb.

Portalın məlumatına görə, Kambocanın keçmiş baş naziri Hun Senlə telefon danışığının səs yazısı internetə sızandan sonra 36 senator Fetonqtan Şinavatanın vəzifədən çıxarılmasını tələb edib.
Onların fikrincə, baş nazirin sərhəd mübahisəsinin müzakirəsi zamanı verdiyi açıqlamalar ölkənin suverenliyinə aiddir. 

“Thai Enquirer” portalının qeyd etdiyi kimi, senatorlar hesab edirlər ki, siyasətçi konstitusiya öhdəliklərini yerinə yetirməyib, düzgün cavab verməkdən çəkinib və şəxsi əlaqələr baxımından Kambocanın maraqlarına uyğun hərəkət edib.

Xəbər xətti