Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.
Ucnoqta.az FHN-ə istinadla xəbər verir ki, hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Süleyman Salahov və 2008-ci il təvəllüdlü Anar Əmirovun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.