"Qarabağ" 11 ildən sonra yenidən bu komanda ilə qarşılaşacaq

12:49 - 1 İyul 2025 - İDMAN

"Qarabağ"ın Avstriya toplanışında yoxlama oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, bu, yerli "Zalsburq"dur.

Bununla bağlı məlumatı Avstriya klubunun rəsmi saytı yayıb. Oyun iyulun 15-də keçiriləcək. 

Xatırladaq ki, "Qarabağ"la "Zalsburq" 2014-cü ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəliblər. Bakıdakı matçda Ağdam təmsilçisi qələbə qazansa da (2:1), cavab görüşündə uduzub (0:2). "Zalsburq" üstün tərəf kimi ÇL-də pley-off mərhələsinə adlayıb.

Qeyd edək ki, "Qarabağ" Avstriyada Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.///qol.az

Xəbər xətti