İran İsrailin hərbi obyektlərinə 100-dən çox PUA ilə hücum edib

19:09 - 19 İyun 2025 - DÜNYA

İran İsrail ərazisinə yeni silsilə zərbələr endirib, Təl-Əviv və Hayfadakı hərbi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

"Hayfa və Təl-Əvivdəki hərbi sənaye obyektlərinə birləşmiş raket və dron hücumlarının yeni dalğası başlayıb. Hərbi infrastruktur və müdafiə sənayesi obyektlərinə raket zərbələrinin sayı artır", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, İran cümə axşamı İsrailin hərbi obyektlərinə zərbələr endirmək üçün 100-dən çox pilotsuz təyyarədən istifadə edib.

Xəbər xətti