Baş Prokurorluqda yeni təyinatlar

16:46 - 19 İyun 2025 - Xəbər

Baş Prokuror Kamran Əliyevin əmri ilə bağlı Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəis, Kazımov Ceyhun Sultan oğluDaxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis təyin edilib.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisi olub.

Xəbər xətti