İran İsrailə PUA-larla hücum edib

01:04 - 19 İyun 2025 - DÜNYA

İran silahlı qüvvələri İsrail ərazilərindəki hədəflərə onlarla pilotsuz uçuş aparatı atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, döyüş başlıqları ilə təchiz edilmiş onlarla müxtəlif tipli hücum PUA-ları buraxılıb və nəzərdə tutulan hədəflərə güclü zərbələr endirilib.

Xəbər xətti