Qəzaya uğrayan “Boeing”in “qara qutuları” ABŞ-yə göndəriləcək

11:23 - 19 İyun 2025 - DÜNYA

Hindistanda qəzaya uğrayan Air India aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin "qara qutuları" zədələnib və məlumatların çıxarılması üçün ABŞ-a göndəriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın “Economic Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Uçuş qeydləri ABŞ-dakı Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) laboratoriyasına daşınacaq. Bildirilir ki, qara qutulara ciddi ziyan dəydiyi üçün Hindistanda analiz aparmaq mümkün olmayıb.

Ölənlər arasında 53 britaniyalı olduğu üçün Böyük Britaniyanın Hava Qəzasının Təhqiqat Bölməsinin ekspertləri də iştirak edəcək.

Xəbər xətti